DİQQƏT! Bakıda 100 min kitab bizi gözləyir - VİDEO

MƏDƏNİYYƏT
18:54 / 16.12.2021
1653

Ötən gündən Bakı İdman Sarayının əsas zalında Milli Kitab Sərgisi və Qastro Bazar fəaliyyətə başlayıb.

Qaynar.Tv-nin verdiyi xəbərə görə, sərgiyə Azərbaycanın yüzlərlə nəşriyyat və kitab mağazaları, həmçinin, rəssamlar, musiqiçilər, xalq sənətkarları, əl işi ustaları və s. qatılıb.

Kitablarla yanaşı, bu sərgidə oyun və oyuncaqlar, məktəb ləvazimatı, fanatlar üçün özəl məhsulların (Harri Potter, K-POP və s.) da satışı həyata keçirilir.

100 mindən çox kitabın toplandığı sərgidə 40 000-dən çox insanın qatılacağı gözlənilir.

Hər gün 10:00-19:00 arası fəaliyyət göstərən sərgi 21 dekabr tarixinə qədər davam edəcək.

Qaynar Tv sərgidən hazırladığı özəl reportajı təqdim edir: 

0