Neçə yaşdan sonra cinsi həyat olmaz?

SAĞLAMLIQ
22:27 / 10.05.2024
418

Sağlam cinsi həyat insanın fiziki və ruh sağlamlığına əhəmiyyətli dərəcədə müsbət təsir göstərməklə yanaşı, cütlük arasındakı əlaqə (sevgi, bağlılıq və sədaqət) üçün də böyük əhəmiyyət kəsb edir.

Ancaq müəyyən yaşdan sonra insanlarda cinsi həyata maraq azalır.

Psixoloq Aynur Əliyeva Hit.az-a açıqlamasında qeyd edib ki, istənilən yaşda olan insan sekslə məşğul ola bilər. İstənilən yaş deyəndə azyaşlı, yeniyetmə nəzərdə tutulmur: 

“Xarici ölkələrdən fərqli olaraq, Azərbaycan cəmiyyətində cinsi həyat müəyyən yaşdan sonra bitir. Yaşlı qadın və ya kişilər bunu unudur. Səbəb isə cinsi həyatın onlardan keçdiyi, qayğıları və yaşadıqları xəstəliklərdir. Ancaq xarici ölkələrdə belə deyil. Yaşlı kişi və qadın bu haqda düşünmür, öz həyatını yaşayır. Indi hazırda insanların əksəriyyəti təzyiq, şəkər kimi xəstəliklərdən əziyyət çəkir. Ümumiyyətlə, Azərbaycan qadını, kişisi özünü deyil, ailə üzvlərini düşünür. Bu yaşda belə şey olmaz düşüncəsi ilə yaşayırıq. Uşaqlarım, nəvələrim nə deyər. İstənilən mövzuda  öz istəklərimizi deyil, ətrafımızdakıların düşüncəsini önəmsəyirik”.

Sevinc

0