Türkiyəli məşhur aktyor İştar Gökseven ekranlara qayıdır.
Hit.az xəbər verir ki, onun yeni layihəsi bəlli olub.
Sənətçi “Kanal D”nin reytinqləri alt-üst edən serialı “Güllər və Günahlar”da çəkiləcək. 64 yaşlı aktyor ekran işinin ikinci mövsümündə “Serhat”ın atası “Yusuf” obrazına həyat verəcək.
Qeyd edək ki, İştar Gökseven karyerası ərzində “Leyla ile Mecnun”, “Şampiyon”, “Babil”, “Kalp Yarası”, “Yargı” və “Kıskanmak” kimi seriallarda çəkilib.
Pərviz


