Şükrü Özyıldız yeni serialda

MƏDƏNİYYƏT
09:53 / 26.11.2026
168

Türkiyəli məşhur aktyor Şükrü Özyıldızın yeni layihəsi bəlli olub.

Hit.az xəbər verir ki, sənətçi “Yahya Efendi Kalbin Aynası” serialında çəkiləcək.

O, ekran işində “Yahya Efendi” obrazını canlandıracaq. Ramazan ayında “TRT1”-də yayımlanacaq layihə 27 bölümdən ibarət olacaq. 

Qeyd edək ki, 38 yaşlı aktyor karyerası ərzində “Fatmagülün Suçu Ne?”, “Çalıkuşu”, “Şeref Meselesi”, “Akıncı” və “Kuruluş Orhan” kimi seriallarda çəkilib.

Pərviz

0