Azərbaycanda 1941-45-ci illər müharibəsinin veteranları daha 5 nəfər azalıb

SOSİAL
10:25 / 19.08.2026
49

Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçıları olan veteranların sayı azalıb. 

Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, hazırda 1941-1945-ci illər müharibəsi iştirakçıların sayı 8 nəfərdir. Həmin şəxslərə ayda 330 manat Prezident təqaüdü verilir.

Qeyd edək ki, may ayında onların sayı 13 nəfər idi. Bu isə o deməkdir ki, son iki ayda 1941-1945-ci illər müharibəsi iştirakçılarındn daha 5 nəfər dünyasını dəyişib.

İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında 600 mindən çox azərbaycanlı iştirak edib. Onların yarısı – 300 min nəfəri müharibədə həlak olub. 300 min azərbaycanlı isə müharibədən sağ qayıdıb...


 

0