Azərbaycanda son illərdə 100 mindən çox ailə dağılıb

SOSİAL
09:06 / 26.08.2026
42

2025-ci ildə Azərbaycanda 20 min 675 rəsmi boşanma qeydə alınıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, boşanan ailələrin 10 min 491-də 18 yaşadək uşaq olmayıb. Boşanmaların 4284-ü bir uşağı, 5900-ü isə iki və daha çox uşağı olan ailələrdə qeydə alınıb.

Boşanmalar nəticəsində ümumilikdə 17 min 658 uşaq valideynlərindən biri ilə qalıb. Hər 100 boşanmaya 173 uşaq düşüb.

2024-cü ildə ölkədə 21 min 384 boşanma qeydə alınmışdı. Həmin boşanmaların 10 min 364-ü uşağı olmayan, 4368-i bir uşağı, 6652-si isə iki və daha çox uşağı olan ailələrin payına düşmüşdü.

2024-cü ildə boşanma nəticəsində valideynlərindən biri ilə qalan uşaqların sayı 19 min 632, hər 100 boşanmaya düşən uşaqların sayı isə 178 olmuşdu.

Beləliklə, 2025-ci ildə rəsmi boşanmaların sayı əvvəlki illə müqayisədə 709, valideynlərindən biri ilə qalan uşaqların sayı isə 1974 nəfər azalıb.

Statistikaya əsasən, 2023-cü ildə 21 min 688, 2022-ci ildə 15 min 983, 2021-ci ildə 17 min 191, 2020-ci ildə isə 14 min 628 rəsmi boşanma qeydə alınıb.
 

0