Nazirlikdən “WhatsApp”da yaranan problemlə bağlı AÇIQLAMA

23:48 / 19.03.2021
1048

“Bu gün saat 21:00 radələrindən başlayaraq “WhatsApp” beynəlxalq platformasının fəaliyyətində problem yaranıb”.

HİT.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məsələ ilə bağlı açıqlamasında deyilir.

Bildirilib ki, problem lokal deyil, qlobal xarakter daşıyır:

“Dünyanın bir çox ölkələrindən olan tətbiq istifadəçiləri bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar.​

Saat 22:00 radələrindən etibarən problem aradan qalxıb”.

0