Saakaşviliyə qan köçürüldü

DÜNYA
22:31 / 23.10.2021
1102

Həbsxanada aclıq aksiyası keçirən Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə qan köçürülüb.

Hit.az  xəbər verir ki, bu barədə Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze məlumat yayıb.

"Sakaşvilinin qan dəyərlərindən biri pis idi, ona görə də həbsxana həkimləri və təcili tibbi yardım briqadası mənə qan köçürülməsində kömək etdilər. Sonradan onun vəziyyəti stabilləşdi", - deyə Kipşidze bildirib.

O, bu vəziyyətin təkrarlana biləcəyini və həbsxanadakı klinikada müalicənin çətin olacağını, Saakaşvilinin xəstəxanaya köçürülməsinin lazım olduğunu vurğulayıb.

Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Tiflisdə həbs edilib. O, həbsxanada aclıq aksiyası keçirir.

0