Ərdoğan Kılıçdaroğlunu bağışladı

DÜNYA
23:45 / 20.11.2021
1077

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğluna qarşı qaldırdığı məhkəmə iddiasını geri götürüb.

Bununla da dövlət başçısı 17 məhkəmə iddiasını geri götürərək 4 milyon 460 min lirəlik təzminat məbləğindən imtina edib.

Xatırladaq ki, məhkəmələrdə Kılıçdaroğlunun 2011-2016-cı illər arasında mitinq və CHP-nin iclaslarında Ərdoğana qarşı səsləndirdiyi təhqiramiz ifadələrə baxılırdı.

Ərdoğan CHP liderinin “halallaşma” çağırışına toxunaraq, ona qarşı qaldırdığı iddiaları geri götürdüyünü, amma Kılıçdaroğlunun bunun qədir-qiymətini bilmədiyini deyib.

Türkiyə prezidenti məhkəmədə qalib gəldiyini və təqdim etdiyi imtina ərizəsində ona edilən hər cür hörmətsizliyi birdəfəlik bağışladığını vurğulayıb.

0
YeniSabah