Nikolas Maduro azərbaycanlı məşhurla görüşünün görüntüsünü yaydı - VİDEO - FOTO

DÜNYA
10:17 / 09.06.2022
1793

Türkiyənin tarixinə əsaslanaraq çəkilən və dünyada böyük tamaşaçı auditoriyası toplayan "Kuruluş Osman" serialının baş qəhrəmanları Venesuelaya dəvət olunublar.

Milli.Az xəbər verir ki, onlar arasında serialda "Gəncəbəy" obrasını canlandıran dünyaca məşhur idmançı, K-1 üzrə dünya çempionu Zabit Səmədov da yer alıb.

Venesuela prezidenti Nikolas Maduro serialın aktyor heyətini iqamətgahında qəbul edərək, onlarla səmimi söhbəti ilə diqqət çəkib.

Bu da sözügedən görüşdən görüntülər:

0