Almaniyada ekoloqlar inəklərini parlamentin bağçasında otarırlar - FOTO

DÜNYA
20:22 / 16.05.2023
407

Almaniyanın paytaxtı Berlində "Greenpeace" ətraf mühit təşkilatı və Kənd Təsərrüfatı üzrə İşçi Qrupu (AbL) inəklərin tövlələrdə saxlanmasına etiraz etmək üçün inək sürüsünü Bundestaq binasının qarşısındakı otluq əraziyə gətiriblər.

HİT.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, aksiyaçılar “İnəklər otlaqda” yazılmış pankart açaraq, parlamentin qarşısındakı barrikadalarla əhatə olunmuş çəmənlikdə otarmaq üçün oranı tərk ediblər.

"Greenpeace"in kampaniya sözçüsü Lasse van Aken açıqlamasında Berlinin ortasındakı çəmənliyə inəklərin buraxılmasının qəribə görünə biləcəyini deyib: "Ancaq inəyin təbii yaşayış yeri otlaqdır. Təəssüf ki, inəklərin çoxu Almaniyada ilin 70 faizini tövlədə qalır. Onların otlaq sahəsinə aid olmasına diqqət çəkmək istəyirik".

Aken Almaniya kənd təsərrüfatı naziri Cem Özdemirdən inəklərin otlamasına ümummilli dəstək proqramı başlatmasını xahiş edərək, "Bu, iqlim, biomüxtəliflik və inəklər üçün yaxşıdır, lakin xərci yüksəkdir. Buna görə də hədəfli bir dəstək proqramının qəbuluna çağırırıq", deyib.

Samir

0