NATO-da Ukrayna ilə bağlı konsensus yoxdur - Baş katibin müavini

DÜNYA
17:14 / 22.05.2023
282

Hazırda NATO-da Ukraynanın üzvlük ideyasını təşviq etmək üçün konsensus yoxdur, lakin Alyans ölkələrinin liderləri Vilnüsdə keçiriləcək sammitdə bu ölkə ilə gələcək yaxınlaşma barədə qərar qəbul edəcəklər. 

HİT.az xəbər verir ki, bunu Şimali Atlantika Alyansı Parlament Assambleyasının Lüksemburqda keçirilən sessiyasında baş katibin müavini Mirça Coana deyib.

"Liderlərimiz Ukraynanı bizə yaxınlaşdırmaq üçün növbəti addımı atacaqlarına qərar verəcəklər. Mən siyasətçiyəm və reallığı görürəm: hazırda Alyansda Ukraynanın üzvlüyünə doğru irəliləmək üçün konsensus yoxdur", deyə o bildirib.

Coana əlavə edib ki, gələn həftə Osloda bununla bağlı mühüm söhbət olacaq. O, Alyansın mövqeyini təkrarlayıb ki, Ukraynanın alyansa üzvlüyü ilə bağlı istənilən danışıqlar yalnız münaqişə bitdikdən sonra başlaya bilər.

Qeyd edək ki, 31 mayda Osloda NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək

Samir

0