Rusiya Hindistanı şantaj edir, sanksiyalardan müdafiə istəyir - \"Bloomberg\"

13:15 / 23.05.2023
355

Rusiya Ukraynadakı müharibə səbəbindən maliyyə təcridindən qaçmaq üçün onunla ticarət edən ölkələri gizli şəkildə şantaj edir. 

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" NATO sənədləri ilə tanış olan mənbəyə istinadən yazır.

Bundan əvvəl çirkli pullarla mübarizə standartlarını müəyyən edən hökumətlərarası təşkilat olan "Financial Action Task Force" (FATF) Rusiyanın üzvlüyünü dayandırıb. Lakin Ukrayna israr edir ki, bu qurum həm də Moskvanı “qara siyahı”sına daxil etməklə əlavə məhdudiyyətlər tətbiq edir ki, bu da ölkənin onsuz da bütün dünyadan ciddi maliyyə təcridinə təhlükə yaradır.

"FATF-ın qara siyahısı Putin hökumətini belə statusa malik yeganə ölkələr olan Şimali Koreya, İran və Myanma ilə eyni vəziyyətə və iqtisadiyyatını müharibə səbəbindən daha böyük təcrid vəziyyətinə salacaq", deyə "Bloomberg" yazır.

Belə bir nəticədən qorxan Rusiya hələ Qərbin sanksiyalarına qoşulmayan və fəal əməkdaşlığı davam etdirən ölkələri açıq şəkildə şantaj etməyə başlayıb. Belə ki, may ayında Moskva artıq Hindistanı FATF-ın Rusiyaya qarşı yeni tədbirlər görəcəyi təqdirdə müdafiə, energetika və nəqliyyat sahələrində əməkdaşlığın gözlənilməz və mənfi nəticələri ilə bağlı xəbərdar edib. Bununla bağlı Moskva Hindistanı Ukraynanın Rusiyanı FATF ölkələrinin “qara siyahısı”na daxil etmək üçün atdığı istənilən addımlara açıq şəkildə qarşı çıxmağa çağırıb.

O cümlədən, Moskva Hindistanı neft sektorunda əməkdaşlığı dayandırmaqla, Rusiya silah və hərbi texnikasının Hindistana tədarükünü, eləcə də ümumilikdə müdafiə sahəsində texniki əməkdaşlığı dayandırmaqla hədələyir. Digər layihələr də risk altındadır.

Jurnalistlərin oxuduğu sənəddə Rusiyanın FATF-dakı üzvlüyünün dayandırılmasına qarşı çıxmayan Hindistana qarşı "məzəmmət ifadə etdiyi" bildirilir.

Samir

0