Ukraynalı deputat Saakaşvilidan uşaq dünyaya gətirib - Qardaşı təsdiqlədi

DÜNYA
18:41 / 07.06.2023
417

Mixail Saakaşvilinin qardaşı David Ukrayna Ali Radasının deputatı Yelizaveta Yaskonun Gürcüstanın eks-prezidentindən uşaq dünyaya gətirməsi ilə bağlı məlumatı təsdiqləyib. 

HİT.az xəbər verir ki, David Saakaşvili bu barədə Ukraynanın “Strana” nəşrinə müsahibəsində danışıb.

"Bəli, bu Mixailin uşağıdır. Bu qızdır, təxminən altı ay əvvəl doğulub. Mən onu görmüşəm, amma Mixail uşağı görməyib", deyə eks-prezidentin qardaşı deyib.

Bundan əvvəl Yasko özü sosial şəbəkələrdə ana olduğunu elan etmiş və uşağın atası Mixail Saakaşvilinin olduğuna eyham vurmuşdu. Bu, bir sıra şərhçilər arasında şübhə yaradıb, çünki deputat hamiləliyini reklam etməyib və Saakaşvili ailəsindən heç bir təsdiq olmayıb.

2020-ci ilin payızında “Strana” Yaskonun Saakaşvili ilə münasibətləri haqqında məlumat vermişdi. Onlar münasibətlərini uzun müddət gizlədiblər. Lakin bir il sonra eks-prezident həbs olunduğu Gürcüstana qayıdanda Saakaşvilinin sosial şəbəkələrində Yaskoya sevgi elanı yayılıb. Bununla bağlı video da yerləşdirilib. Belə ki, cütlük münasibətlərini ictimaiyyətə açıqlayıb.

Bu ilin fevralında nəşr yazmışdı ki, Yasko nəhayət ki, Saakaşvili bütün əmlakının anasının adına qeydiyyatdan keçirdiyini biləndən sonra onunla münasibətləri dayandırıb.

Saakaşvili 2021-ci il oktyabrın 1-də Gürcüstanda saxlanılıb, onun barəsində bir neçə cinayət işi üzrə istintaq aparılır.

Samir

0