Trampdan Çinə qarşı YENİ PLAN

DÜNYA
11:39 / 27.05.2020
1048

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Honq Konq ətrafında yaranmış vəziyyətə görə Çinə qarşı yeni tədbirlər hazırladığını deyib.

HİT.Az xəbər verir ki, Cebhe.info-nun məlumatına görə, Tramp jurnalistlərə bu həftənin sonuna qədər həmin tədbirlər barədə məlumat verəcəyini bildirib. “ABŞ Çinə qarşı sanksiyalar, xüsusən də Çindən gələn tələbə və alimlərə viza məhdudiyyətləri tətbiq etməyi planlaşdırırmı” sualına cavabında Tramp Vaşinqtonun bu istiqamətdə çalışdığını söyləyib.

“Biz indi bir şeylər edirik. Düşünürəm ki, burada maraqlı nə isə tapacaqsınız. Yaxın günlərdə bu barədə danışacağam . Bu həftənin sonuna qədər bir şey eşidəcəksiniz. Güman edirəm ki, bu çox güclü bir şey olacaq”- “Reuters”in məlumatına görə, ABŞ prezidenti belə qeyd edib.

Xatırladaq ki, mayın 22-də açılan Ümumdünya Çin Xalq Nümayəndələri Məclisinin sessiyasında Honq Konqda milli təhlükəsizlik haqqında yeni qanunun hazırlanması ilə bağlı qətnamənin nəzərdən keçirildiyi bildirilib. Bu təşəbbüs kütləvi aksiyalara səbəb olub.

0