Onlarla məşhur ulduz haker hücumuna məruz qalıb

DÜNYA
03:35 / 14.05.2020
1056

Bir çox məşhurlarla işləyən "Grubman Shire Meiselas & Sacks" Nyu-York hüquq firmasının kompüter sistemi haker hücumuna məruz qalıb.

Hellomagazine.com-un verdiyi xəbərə görə, şəxsi yazışmalar, müqavilələr, telefon nömrələri və bir çox digər məlumatlar hakerlərin əlinə keçib.

Şirkətin müştəriləri arasında Meraya Keri, Madonna, Kristina Agilera, Ledi Qaqa, Niki Minaj, Brüs Sprinqstin, Bett Midler, Priyanka Çopra, Cessika Simpson, Robert De Niro və başqaları var.

Hakerlər müqavilələrin elektron nüsxələrini, müştərilərin şirkət nümayəndələri ilə yazışmaları, telefon nömrələri və poçt ünvanları daxil olmaqla 756 giqabaytlıq məlumatı oğurlayıblar.

Cinayəti törədən hakerlər bəzən "Sodinokibi" adlandırılan REvil qrupunun üzvləridirlər.

Yanvar ayında həmin hakerlər "Travelex" valyuta mübadiləsi şirkətinin saytlarına da hücum ediblər. Onlar REvil-ə 2,3 milyon dollar bitkoin ödəməli olublar. Kriptovalyutadan istifadə olunduğu üçün pulu alanları tapmaq mümkün olmayıb.

Natəvan Baxşiyeva

0
Big.az