Rusiyadan Ermənistana daxil olan pulun məbləği azalır, ABŞ isə...

İQTİSADİYYAT
15:20 / 26.02.2022
1667

2021-ci ildə xaricdən Ermənistana 2 milyard 109 milyon dollara yaxın vəsait köçürülüb. 

Qaynarinfo xəbər berir ki, bu Ermənistanın büdcə xərclərinin 50 faizdən çoxunu təşkil edir.

Məlumdur ki, Ermənistanın büdcə xərcləri təxminən 4 milyard dollara bərabərdir və təkcə xaricdən 2,1 milyard dollar vəsait daxil olub. Şəxsi pul köçürmələr həm iqtisadiyyat, həm də erməni cəmiyyətinin həyatı üçün hansı rol oynadığını təssəvür etmək çətin deyil. Bu pullar olmasaydı, Ermənistanda iqtisadi-sosial vəziyyət daha çox ağır olardı. Xüsusən də indiki yüksək inflyasiya və ümumi qiymət artımı şəraitində...

Dövlət isə kənara çəkilib, vətədaşlarını öz qayğıları ilə baş-başa qoyub. Bir çox Ermənistan vətəndaşı bu pullar hesabına dolanışığını təmin edir. Bir hissəsi xaricdə iş taparaq pel qazanır, digər hissəsi isə qohumların göndərdiyi yardımlarla yaşayır.

Pul köçürmələri ÜDM-in 17-18 faizinə bərabərdir və sirr deyil ki, iqtisadi artımın bu axınlardan asılılığı kifayət qədər böyükdür. Ötən il Ermənistanda şəxsi pul köçürmələrin miqdarı 267 milyon dollar artıb. Artım ilin birinci yarısına qədər müddətdə 14 faizdən çox təşkil edib.

Belə ki, ilin ikinci yarsında artım tempində nəzərəçarpacaq dərəcədə azalma baş verib. 2021-ci ilin avqust ayından transfer axını bəzi aylarda keçən illə müqayisədə daha aşağı düşüb. Oktyabr ayında 12 faiz kəskin azalma ilə qeydə alınıb. Əgər 2021-ci ilin birinci yarımilliyində 32 faiz artım omuşdusa, ilin sonunda artım tempi yarıdan çox azalıb. 2021-ci ilin ilk 5 ayında maliyə axınları cəmi 1,4 faiz artıb. 

Ermənistandan transfer axını iki əsas bazardan artıb: Rusiya və ABŞ. Baxmayaraq ki, Rusiyada son ildə artım tempi aşağıdır. Nəticədə Rusiya bazarı Ermənistana transfer axınının strukturunda dominant rolunu tədricən itirir. Ötən il Rusiyadan 865 milyon dollar daxil olub ki, bu da ümumi gəlirlərin 41 faizini təşkil edib.

Bir vaxtlar Ermənistana Rusiya bazarından iki dəfə daha artıq pul daxil olurdu. Məsələn, 2014-cü ildə gəlirlər 1,6 milyard dollardan çox olub. 

Rusiya Ermənistana pul köçürmələri tədarükçüsü kimi aparıcı rolunu qoruyub saxlasa da, son illərdə bu rol getdikcə azalır və əvəzində ABŞ-ın rolu artır.
Ötən il Ermənistana ABŞ-dan 580 milyon dollar daxil olub ki, bu da 2020-ci illə müqayisədə təxminən 121 milyon çoxdur. ABŞ-dan pul köçürmələrinin artımı 26 faizdən çox olub.

Ötən il Qazaxıstandan Ermənistana pul köçürmələri baxımından da xüsusi il olub. Keçən il fiziki şəxslərin köçürmələri əvvəlki ilin göstəricisini bir neçə dəfə üstələyərək, 90 milyon dollara çatıb. Amma bu daha çox kommersiya transferləri olub. Məlum olur ki, bu birbaşa Ermənistandan nəqliyyat vasitələrinin ixracı ilə bağlıdır və il ərzində yenidən avtomobillərin Ermənistandan Qazaxıstana ixracı üçün imkanlar yaranıb. 

Amma təbii ki, bu uzunmüddətli proses olmayacaq və Qazaxıstandan axının aktivliyinin bu il azalacağı gözlənilir.

İllər öncə Ermənistan əsasən pul daxil olan ölkə idi. Amma son illər kifayət qədər böyük pullar ölkədən çıxarılmağa başlayıb.

2021-ci il Ermənistandan 1 milyard 225 milyon dollar çıxarılıb. Bunun 401 milyonu Rusiyaya, 189 milyonu isə ABŞ-a gedib.

Ötən il Ermənistandan Birləşmiş Ərəb Əmirliklərinə, İspaniyaya və hətta Ukraynaya daha çox pul gedib. Türkiyə ilə axınların göstəricisi isə mənfidir.

Ermənistanın Mərkəzi Bankı isə bu barədə məlumatları qapalı saxlayır. 

Telman Qasımov

0