Qətərdə o oyundan sonra Messinin övladları ilə bağlı nə baş verib? - Təsirli hekayə

İDMAN
11:54 / 30.03.2024
383

Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı zamanı oğulları haqqında baş verən təsirli hekayəni danışıb.

Publika.az xəbər verir ki, söhbət qrup mərhələsinin ilk turunda Argentina - Səudiyyə Ərəbistanı oyununda (1:2) məğlubiyyətə Lionelin övladlarının reaksiyasından gedir.

“Səudiyyə Ərəbistanı ilə oyundan sonra Mateo stadionu göz yaşları içində tərk etdi. Tiaqo riyaziyyatla məşğul idi və onu sakitləşdirmək istəyirdi və Mateoya izah etdi ki, əgər növbəti oyunların hər ikisində qalib gəlsək, qrupdan çıxacağıq”, - deyə “X” sosial şəbəkəsində “Barça Worldwide” hesabında Messidən sitat gətirilib.

Xatırladaq ki, Argentina yığması Səudiyyə Ərəbistanından sensasiyalı məğlubiyyətdən sonra Polşa və Meksika ilə qrup mərhələsinin növbəti iki oyununda qalib gələrək pley-offa yüksəlib. Nəticədə Argentina final görüşündə Fransaya qalib gələrək dünya çempionu olub.

 

0