Aktrisa çəkiliş meydançasında dava saldı

MAQAZİN
13:42 / 02.11.2021
1605

Türkiyəli  məşhur aktrisa Esra Bilgiçin çəkiliş zamanı qalmaqal yaratdığı bildirilib.

Unikal.org haberler.com-a istinadən xəbər verir ki, İstanbulda 5 gündür davam edən çəkilişlərdə aktrisanın istədiyi vitaminin ona alınıb gətirilməməsi səbəb olub. O, vitaminləri almayana qədər kamera qarşısına keçməyəciyini söyləyib. Bundan sonra Esranın saatlarla bütün işçiləri soyuqda saxladığı iddia edilib.

Aktrisa haqqında deyilənləri şayiə adlandıraraq təkzib edib. "Bu haqsızlıqdır. Çıxan xəbərlərə etibar etməyin" - deyə, Esra qısa şərh yazıb.

Qeyd edək ki, aktrisa hazırda "Kanunsuz topraklar" serialında baş rollardan birini canlandırır.

0