Puqaçovanın Putin əleyhdarları ilə FOTOsu müzakirələrə səbəb oldu

MAQAZİN
16:41 / 17.05.2022
1228

Bir müddət əvvəl Rusiyanı tərk edən Xalq artisti Alla Puqaçova rusiyanın Xalq artisti Andrey Makareviç və musiqiçi Boris Qrebenşikovla görüntülənib.

Hit.Az axşam.az-a istinadən xəbər verir ki, onların bir arada olduğu görüntü yayılıb. bu foto isı müzakirələrə səbəb olub. Şəkli Makareviç feysbuk səhifəsində paylaşıb.

"Nadir görüşdür, elə deyilmi? Bu, SlovoNovo-dur!" deyə, şəkl yazılıb.  Makareviç şəklin harada çəkildiyini bildirməyib.  

Qeyd edək ki, "SlovoNovo" bu ilin 16-20 may tarixlərində İsraildə keçirilən Rusiya mədəniyyət forumudur.

Fotonun marağa səbəb olmasına isə orada yer alan sənətçilərin Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı çıxmasıdır. Puqaçova açıq şəkildə anti-Putin mövqeyini bildirməsə də, onun həyat yoldaşı, tanınmış şoumen Maksim Qalkin bu barədə dəfələrlə paylaşım edib. Cütlük müharibənin ilk günlərində İsrailə köçüb. Qrebenşikov və Makareviç də Rusiyanın Ukraynaya qarşı aqressiyasını sərt şəkildə qınayıb.

0