Arvadına qarşı istintaq başlayan baş nazir istefa verməyəcək

DÜNYA
16:08 / 29.04.2024
159

İspaniyanın baş naziri Pedro Sançes vəzifəsində qalacaq. 

HİT.az "El Mundo"ya istinadən xəbər verir ki, bu barədə İspaniya Nazirlər Kabinetinin rəhbərinin bəyanatında deyilir.

Qeyd edilir ki, Sançes aprelin 24-də ayrılmağı düşünmək üçün bir neçə günlük vəzifəsindən imtina edəcəyini açıqlamışdı. İspaniyanın baş naziri elə həmin gün bəyanatla çıxış edib ki, məhkəmə onun həyat yoldaşı Beqonya Qomes haqqında biznesdə nüfuz alveri və korrupsiya ittihamı ilə istintaq elan edib. Sançesin sözlərinə görə, bu ittihamlar yalandır və onun mühafizəkar rəqibləri tərəfindən təşkil edilib.

"Həyat yoldaşım və mən bilirik ki, bu qarayaxma kampaniyası dayanmayacaq. Bu ciddidir, lakin ən aktual deyil. Onunla razılaşa bilərik, əsas odur ki, həmrəylik və rəğbət ifadələrinə görə sizə ürəkdən təşəkkür etmək istəyirik", deyə Sançes bildirib.

Samir

0