"Kurtlar vadisi"nin məşhur aktyoruna AĞIR İTKİ: 7 il əvvəl də... - FOTOLAR

MAQAZİN
00:10 / 21.07.2022
1532

Məşhur aktyor Erdal Beşikçioğlunun atası vəfat edib.

Sfera.az xəbər verir ki, aktyorun atası Bahattin Beşikçioğlu bir müddətdir xəstəxanada müalicə alırmış. Dünən müalicə aldığı xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilən ata Beşikçioğlu bütün müdaxilələrə baxmayaraq, səhər saatlarında dünyasını dəyişib.

Bahattin Beşikçioğlu uzun illər bir bankın bölgə müdiri olub.

Beşikçioğlu cümə günü qılınan cənazə namazından sonra Urladakı ailə qəbiristanlığında torpağa tapşırılacaq.

Erdal Beşikçioğlunun anası Nesrin Beşikçioğlu da 2015-ci ildə dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycanda da tanınan və sevilən Erdal Beşikçioğlu "Kurtlar Vadisi Filistin" filmi, "Behzat Ç. Bir Ankara Polisiyesi", "Leyla ile Mecnun", "Adı Efsane" kimi seriallarda rol alıb.

0