"Öz əli qana bulanmış bir dövlət başqalarına humanizm dərsi deyə bilməz"

SİYASƏT
21:15 / 30.04.2024
405

“Özünü dünya mədəniyyətinin mərkəzi sayan Fransa daim Azərbaycana qarşı heç bir bəşəri dəyərlərə sığmayan addımlar atır. 

Faransa həmişə Ermənistanın yanında olub və separatizmə dəstək verib.

Azərbaycanın Qarabağı işğalçılardan azad etməsini Paris alqışlamaq əvəzinə, beynəlxalq hüquqa qarşı kampaniya apardı və bu gün də Fransanın Azərbaycana qarşı uğursuz həmlələri, regionda möhkəmlənmək cəhdləri davam edir. Fransanın Cənubi Qafqaz siyasəti iflasa uğrayıb, amma o hələ də bunu qəbul etmək istəmir”.

Bu fikirləri Hit.az-a Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddialarla bağlı siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

O bildirib ki, Azərbaycanı separatçılığa dəstək verməkdə günahlandıran Fransanın daxili işlər naziri unudur ki, öz ölkəsi davamlı surətdə terrorçuları dəstəkləyib və Fransa uzun illəröncə törətdiyi soyqırımlara görə beynəlxalq aləm qarşısında cavab verməyib.

“Fransa hökuməti erməni lobbisinin təsiri altında müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib. Fransanın Azərbaycana olan münasibəti  bu gün də qərəz və açıq düşmənçilik üzərində qurulub. Fransanın işğlaçı siyasəti nəticəsində  1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Rəsmi Paris bu gün başda Əlcəzair olmaqla soyqırımı və insanlıq cinayətləri törətdiyi ölkələrdən üzr istəməyib, üstəlik Paris muzeyində əlcəzairli döyüşçülərin kəllə sümüklərini qənimət kimi saxlayır.

Bu bir tarixdir deyən müasir Fransa, Azərbaycana  qarşı aqressiv separatizmi dəstəkləyən addımlar atıb, qondarma separatçı rejimin nümayəndələrini Fransada mütəmadi əsasda yüksək səviyyədə qəbul edib. Fransa ölkəmizlə əlaqələri möhkəmləndirmək və davam etdirmək istəyirsə, ermənilərin təsiri altında bəyanatlar verməkdən çəkinməlidir. Öz əli qana bulanmış bir dövlət başqalarına humanizm dərsi deyə bilməz"- deyə o qeyd edib.

Murad

 

0