İnfeksion xəstəliklərin yayılmasının artmasına səbəb nədir? - Həkimdən MARAQLI AÇIQLAMA

SAĞLAMLIQ
15:05 / 30.04.2024
414

Son zamanlarda dünyada infeksion xəstəliklərin artması müşahidə olunur.

Hazırda bir çox ölkələrdə müxtəlif infeksion viruslar yayılıb. Demək olar ki, hər həftə hansısa ölkədə yeni virusun yayılmağa başladığı xəbəri ilə qarşılaşırıq. Xüsusilə koronavirus pandemiyasından sonra belə xəbərlər yenidən həmin anların gələcəyi qorxusunu yaşamağımıza səbəb olur. Çünki dünya ölkələrində infeksion xəstəliklər sürətlə yayılır. Təəssüf ki, onların bəziləri ölkəmizdə də rast gəlirik. 

Bəs son zamanlarda infeksion xəstəliklərin yayılmasına səbəb nədir? 

İnfeksionist Ləman Qalimova Hit.az-a açıqlamasında bildirib ki, koronavirus pandemiyasından sonra infeksion xəstəliklərin statistikasının aparılması daha önəmli olub:

349087

"Çünki statistika apardıqda hansı xəstəliklərin yayılmasının sürətləndiyi və ya azaldığını görmək olur. Son zamanlarda da dünyada infeksion xəstəliklərin yayılmasının artması statistikanın aparılması ilə bağlıdır". 

Həkim infeksion xəstəliklərin artmasının maraqlı bir səbəbindən bəhs edib:

"Bəzi dönəmlərdə doğulan uşaqlara vaksin vurulmasından imtina olunur. Lakin həmin uşaqlar böyüdükcə müəyyən xəstəliklərə yoluxurlar. Bu səbəbdən də yoluxma sayında kəskin artım yaşana bilir. Çünki həmin dönəmin uşaqlarının böyük əksəriyyəti peyvənd vurulmamış olur. 

Yenə də yoluxmaların artma səbəbi vaksinasiya olur. Ona görə də mütləq şəkildə vaxtında vaksin vurdurmaq lazımdır. Ümumiyyətlə, uşaq doğulandan etibarən sxeminə uyğun olaraq vaksin vurdursaq, sonra da infeksion xəstəliklərin artmasını izləmərik". 

Pərviz

0