Yaşı 45-ı keçmiş işə ehtiyacı olan şəxslər niyə işə götürülmür?

SOSİAL
22:58 / 30.04.2024
632

İşsizlik Azərbaycanda əhalinin ən çox dilə gətirdiyi sosial problemlərdəndir. Azərbaycanda əmək bazarında işəgötürənlərin tələb etdiyi ortalama yaş 33-dür. Xanımlarda tələb olunan ortalama yaş 30, kişilərdə isə 35-dir.

Əmək bazarına yeni daxil olan 20-25 yaş arası şəxslərin isə hər 25 nəfərindən biri iş tapa bilər. 45 yaşdan yuxarı şəxslərin iş tapmaq imkanı da azalır.

Bəs yaşı 45-i keçmiş iş axtaran, işə ehtiyacı olan insanlar nə etsin? 

Hüquqşunas Hüseyn Axundov Hit.az-a deyib ki, iş yerlərində yaş məhdudiyyəti, müraciət edən şəxsin sağlamlığında problem yoxdursa, o zaman hər kəs çalışa bilər. Azərbaycan qanunvericiliyində bu münasibət məsuliyyət yaradır:

 “Ümumiyyətlə, yaş məhdudiyyəti ilə bağlı ortaya atılan bəhanələrin qarşısının alınmasının hüquqi yolları var. İstənilən şəxs işlə təmin olunmaq üçün müraciət etdiyi zaman ona göstərilən ayrıseçkiliyə görə məhkəməyə müraciət edə bilər. Amma bir çox hallarda işəgötürənlər müraciət edən şəxsi işlə təmin etmək istəməyəndə ona yaşını deyil, digər bəhanələr də gətirə bilirlər”.

Sevinc

0