Mərdandan yeni layihəsi üçün maraqlı FOTOLAR

MAQAZİN
10:48 / 23.09.2022
1397

“O səs Türkiyə” yarışmasında etdiyi çıxışla populyarlaşan müğənni Mərdan Kazımov yeni layihəsi üçün kamera qarşısına keçib.

Hit.az  xəbər verir ki, müğənni  “Doya-doya” adlı  klipini təqdim etməyə hazırlaşır.

“Davamlı öz üzərimdə çalışdığımı məni tanıyanlar bilir. Fərqli janrda, bir-birinə bənzəməyən və əsasən də gənclərin ruhunu oxşayan mahnılar ifa edirəm. “İyul ayında təqdim etdiyim “Səbəbi sən” adlı mahnım və klipim bəyənildi, sevildi. Bu dəfə isə payız  ab-havalı klip ilə sevənlərin görüşünə gəlməyi qərarlaşdırdıq. “Doya-doya” mahnım və klipi hazırdır. Oktyabr ayında təqdim edəcəyəm” – deyə ifaçı bildirib.

M. Kazımov klip öncəsi fotoqraf  Xətai Yusubovun kamerası önünə keçərək bir-birindən maraqlı fotolar çəkdirib.

0