Tramp Orbanı "böyük insan" adlandırdı

DÜNYA
21:12 / 26.04.2024
198

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanla əməkdaşlığını şərh edərkən onu böyük insan adlandırıb. 

HİT.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.

"Prezident kimi mən iki ölkənin dəyərlərini və maraqlarını inkişaf etdirmək üçün böyük insan olan baş nazir Orbanla işləməkdən qürur duyurdum", deyə Tramp bildirib.

O, ABŞ prezident seçkilərindən sonra Ağ Evə qayıdarkən baş nazirlə yenidən işləməyi səbirsizliklə gözlədiyini vurğulayıb.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban ABŞ-ın keçmiş prezidenti Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsinin Ukraynadakı münaqişənin həllinə müsbət təsir edəcəyini bildirmişdi.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampdan beysbol papağı hədiyyə etdiyini bildirmişdi.

Samir

0