Stresslə mübarizə aparmaq üçün nələr etməliyik? - Mütəxəssis YOL GÖSTƏRDİ

MARAQLI
11:34 / 15.01.2024
413

"Qəzəb neqativ söz kimi səslənsə də, əslində, sevgi və kədər kimi yaşadığımız təbii bir hissdir".

Bu sözləri EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqu Ayşən Bayramova Hit.az-a açıqlamasında bildirib. 

O deyib ki, insanlar gündəlik stressli həyatın gedişatında qəzəblənəcəkləri bir çox vəziyyətlə qarşı-qarşıya qala bilirlər:

"Nəzərə almaq lazımdır ki, qəzəb də bütün digər duyğular kimi bizim üçün bir işarədir. Çünki bu, xoşumuza gəlməyən və istəmədiyimiz vəziyyətlərə verdiyimiz reaksiyadır. Üstəlik, bunun sayəsində sərhədlərimizi qorumağı bacarırıq. Bu, həm də özünü müdafiəni təmin etdiyi üçün həyatda qalmağımıza da qatqı verir. Nəticədə, qəzəbi müəyyən səviyyədə göstərmək insani bir vəziyyətdir və normaldır". 

Psixoloqun sözlərinə görə, qəzəb kontrol edilə bilinmədikdə yıxıcı və neqativ bir hal almağa başlayır:

"Bu isə şəxsin özünə və ya başqalarına zərər verdiyi nöqtələrdə sağlam olmaqdan çıxır. Əgər qəzəb yaşanılan vəziyyətlə tarazlıqda deyilsə və ünsiyyət problemləri yaradırsa, artıq burada aqressiya kontrol pozuntusundan söhbət getməkdədir. Burada da problem şiddətli və kontrolsuz qəzəb partlayışlarının yaşanmasıdır.

Bu problem şəxsin sağlam düşünməsini əngəlləyir, davranışlarını kontrol edilə bilməyəcək hala gətirir. Həmçinin, bəzən qısa müddət çəksə də, sonrasında peşmanlıq hissi yaşamağa da səbəb ola bilir". 

341776

Həmsöhbətimiz vurğulayıb ki, qəzəb basdırılmış duyğu və düşüncələrin, eləcə də travmatik təcrübələrin nəticəsi ola bilir:

"Depressiya, diqqət əksikliyi, hiperaktivlik pozuntusu, habelə posttravmatik stress pozuntusu hallarında da əsəbilik və qəzəb partlayışları özünü göstərə bilir. Basdırılmış və müalicə olunmamış qəzəb problemləri yüksək təzyiq, ürək problemləri, baş ağrısı və həzm sistemi problemləri kimi fiziki problemlərə də gətirib çıxarır. 

Digər mental problemlərdə olduğu kimi, qəzəb kontrolu problemində də psixoloji yardım faydalı ola bilməkdədir. Çünki psixoterapiya qəzəbin insanın həyatına neqativ təsirlərini azaltmağa kömək edir. Şəxs aqressiya kontrol problemi səbəbindən itirdiyi işini və ya pozulan münasibətlərini yenidən quraraq, həyat keyfiyyətini bərpa edə bilir".

Ayşən Bayramova aqressiya kontrol pozuntusunda effektiv terapiya növü kimi koqnitiv davranış terapiyasını nümunə göstərib:

"Bu terapiya yanaşması şəxsin qəlibləşmiş düşüncə və davranışlarını dəyişərək, qəzəbi kontrol etməsinə yardım edir. Aqressiya kontrol pozuntusundan əziyyət çəkən şəxslər, qəzəbin altında yatan səbəbləri və bu duyğunun onları nə demək istədiyini müəyyən edərək, fiziki aktivliklə məşğul olaraq, nəfəs və əzələ məşqi kimi rahatlama məşqləri edərək bu problemlə mübarizə apara bilərlər".

Pərviz

0