Qaş aldıran kişilər

MARAQLI
22:56 / 26.04.2024
745

Son zamanlarda cəmiyyətdə qadınlarla yanaşı, kişilərdə estetik gözəllik vasitələrindən, manikür və pedikürdən, üz üçün xüsusi vasitələrdən aktiv istifadə edir.

Bu tendensiya müasirlikdir, yoxsa zamanın tələbi? 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki,  son illər bəylər arasında fərqlilik müşahidə olunur: 

“Kimisi qaşını aldırır, kimisə saçını uzadır, başqa birisini  geydikləri normal kişi geyimi sayılmır. Yəni bəzi kişilərin hərəkət və davranışlarında fərqlilik müşahidə olunur. Bəli, bu gün qaş aldıran kişilərin sayı artır. Əvvəllər daha çox müğənnilər qaşlarını alırdı. Onlarda bunu müşahidə edirdik, ancaq bu gün istər tələbə və ya müxtəlif peşə sahibləri sərbəst şəkildə salonlara gedib qaşlarını aldırır.  Istənilən bərbərxanalarda bu hal yaşanır. Məncə, bu düzgün deyil. Kişi qadından seçilməlidir. Kişi də qaşını aldıracaqsa, lazerdə növbə gözləyəcəksə biz xanımlar bu bəylərdən nə kişilik gözləyək”.

Sevinc

2