Sərt karantindən çıxan bu rayonda son durum - FOTO

14:43 / 31.07.2020
1853

Ölkədə iyulun 20-dən sərt karantin rejiminin bitdiyi iki bölgə var.

HİT.Az xəbər verir ki, biri Samux, digəri Lənkərandır. Hazırda cənub regionunda həyat tədricən axarına qayıdır. Lənkəranda kafelər, otellər, çimərliklər, geyim dükanları açılıblar. Artıq küçələrdə polis və əsgərlər keşik çəkmir, SMS icazə sistemi ləğv olunub, həftəsonu ictimai nəqliyyat fəaliyyət göstərir. Lakin marketlərə, dükanlara, avtobuslara daxil olarkən maska taxmaq, sosial məsafəni gözləmək tələb edilir.

Onu da qeyd edək ki, bu cənub bölgəsi karantinə alınan ilk yerlərdən biri idi. 

Rayonda koronavirusa yoluxma minimuma enib və rəsmi qərarla sərt karantin 5 avqusta qədər  uzadılmayıb.

0