Metropoliten 8 min işçisinin maaşını gecikdirir

ÖLKƏ
21:45 / 08.05.2021
1196

"Bakı Metropoliteni” QSC-də çalışan işçilərin əməkhaqqları gecikdirilir. Qurumun 8 min işçisi aprel ayının maaşlarını hələ almayıb.

Məlumata görə, Metropoliten rəhbərliyi tərəfindən işçilərinə əməkhaqqının ödənilməsi üçün bu günə söz verilsə də, sonradan maaşın bayramdan sonraya saxlanıldığı elan edilib. Bu isə işçilər arasında narazılığa səbəb olub. Məsələ sosial şəbəkələrdə də geniş müzakirələr yaradıb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni” QSC-yə müraciət etdik. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hazırda Metroplitendə müşavirə keçirildiyindən mövqe bildirməyib.

4
Bizim.Media