Azərbaycanda ağır yol qəzası: İş adamı həlak oldu - VİDEO

ÖLKƏ
13:58 / 18.05.2022
1249

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HİT.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, ağır qəza Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Bərdə rayonu, Qarayüsifli kəndindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin sürücüsü 65 yaşlı Cəlil Hacıyev sükan arxasında olarkən ürəyində problem yaranıb. Nəticədə avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı sürücü Cəlil Hacıyev aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Məlumata görə, ölən şəxs sahibkardır və dəvə təsərrüfatı ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.

0