Son sutkada neçə nəfər yoluxub?

ÖLKƏ
16:39 / 19.05.2022
698

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 936 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir.

Ölkədə son sutka ərzində 2 964, hazırkı dövrədək isə 6 865 181 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 3197 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 348, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 451, üç və daha çox doza vaksin vurduranların sayı 2170, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 228 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 698 183, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 344 904, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 845 785, üç və daha çox doza vaksin vurduranların sayı 3 263 579, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 243 915 təşkil edir.

0