Nar və Bakcell çökdü – ŞƏBƏKƏLƏRDƏ PROBLEM YAŞANIR

ÖLKƏ
19:24 / 21.09.2022
697

“Nar Mobile”və  “Bakcell” mobil operatorunun müştəriləri bu gün problemlə qarşılaşıblar.

Hit.az xəbər verir ki, bu barədə istifadəçilər sosial şəbəkə hesablarında yaranmış problemlə bağlı paylaşımlar ediblər.

Bildirilir ki, internet və dalğa tamamən yoxa çıxıb. Abonentlər bir-birilərinə zəng edə və ya zəngləri qəbul edə bilmirlər.

Hər iki şəbəkədə başlayan nasazlıq hələ də davam edir.

Hələlik probelmin səbəbləri bəlli deyil.

0