DİN: "Azərbaycanda məcburi əməyə cəlb edilənlərin əksəriyyəti xarici ölkə vətəndaşlarıdır"

ÖLKƏ
13:32 / 29.03.2023
421
"Azərbaycanda məcburi əməyə cəlb edilənlərin əksəriyyəti xarici ölkələrin vətəndaşlarıdır". Hit.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə "İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları” adlı təlimdə deyib. Onun sözlərinə görə, məcburi əməyə cəlb edilənlər arasında qadınlar olsa da, kişilər üstünlük təşkil edir: "İnsan alverində məcburi əməyə cəlb edilənlərin əksriyyətini xarici ölkələrdə işləmək adı ilə aparılan kişilər təşkil edir. Cinsi istismara məruz qalanlar isə qadınlardır. Kişilərin cinsi istismara məruz qalması faktı yoxdur".
0