FHN Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək

ÖLKƏ
14:20 / 29.03.2023
372
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək. Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün saat 15:00 radələrində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) tərəfindən paytaxtın Səbail rayonu ərazisində yerləşən Bakı Televiziya Qülləsinin ərazisində “Baş vermiş yanğın hadisəsinin söndürülməsinin və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim baş tutacaq. Təlimə nazirliyin DYMX-nin xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulub.
0