Polis mülki geyimdə avtobusları yoxladı, maska taxmayanları cərimələdi - FOTO

ÖLKƏ
11:37 / 13.06.2020
2628

Bakıda marşrut avtobuslarında maska taxmayan şəxslərə qarşı reyd keçirilib. 

Polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün ictima nəqliyyatda reyd keçirilib.

Binəqədi rayonunda keçirilən tədbirdə ictima nəqliyyatda maskasız olan şəxslər avtobusdan düşürülüb və 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Polis əməkdaşları mülki geyimdə avtobuslara daxil olaraq yoxlama aparıblar. Bu cür reydlər paytaxt ərazisində davam etdiriləcək. 

1
Qafqazinfo.az