Tanınmış türk şairi vəfat edib

18:55 / 18.05.2020
789

Tanınmış türk şairi Tekin Gönenç vəfat edib.

Türk ədəbiyyatında xüsusi yeri olan şair 87 yaşında dünyasını dəyişib.

Şeirləri ingilis dilinə tərcümə edilən mərhum şair, 1933-cü ildə Sivasda anadan olub.

İlk ali təhsilini Türkiyədə əczaçı kimi alan Tekin Gönenç, Miçhiqan Universitetinin psixofarmokoloji fakültəsini bitirib.

Həyatının sonrakı dönəmini yazarlıq və şairliyə bağlayan Tekin Gönençin Türkiyə və xaricdə çoxsaylı şeir kitabları nəşr edilib.

0
Open.az