Şadlıq evləri nə vaxt açılır? - RƏSMİ AÇIQLAMA

ÖLKƏ
09:52 / 19.05.2020
1081

“Bugünkü statistikaya əsasən, yaxın zamanlarda şadlıq evlərinin açılması gözlənilmir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında çıxış edən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İbrahim Məmmədov vurğulayıb ki, iyun-iyul ayında toyların olub-olmaması barədə indidən qəti fikir söyləmək çətindir:

“Şadlıq evlərinin açılması vəziyyətə bağlıdır. Hazırkı statistikaya əsasən, yaxın zamanlarda şadlıq evlərinin açılması gündəmdə deyil”.

0