Sərhədlər açıla bilər - İlk olaraq Naxçıvan

17:41 / 22.05.2020
1472

"Karantin rejimi ilə bağlı bir sıra qərarlar qəbul edilib. Bəziləri ilə bağlı tam qərar yoxdur. Növbəti həftə açıqlanacaq".

HİT.Az-ın xəbərinə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib. 

Onun sözlərinə görə, karantin rejiminin iyunun 1-dən sonra uzadılması müzakirə olunur: "Hansı tarixə uzadılacağı hələ bəlli deyil. Beynəlxalq uçuşların Azərbaycanda iyunun 15-də açılması mümkün ola bilər. Amma yaxın günlərdə sərhədlərin açılması gözlənilmir. İlk olaraq Naxçıvana uçuşların bərpa edilməsi nəzərdə tutulur”.

0