Mənsum İbrahimovun oğlu universitetə qəbul oldu - FOTO

10:01 / 11.09.2021
1719

Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub.

HİT.az xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:

"Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalında ali məktəblərə qəbul olan bütün tələbələri ürəkdən təbrik edirəm. Xeyirli və uğurlu olsun".

Qeyd edək ki, Xalq artistinin 3 qız övladı da var.

0