Hulusi Akardan Ermənistana SƏRT REAKSİYA - "ŞUŞA BƏYƏNNAMƏSİ"ni xatırlatdı

DÜNYA
13:51 / 16.11.2021
2249

“Şuşa Bəyannaməsi sadəcə iki ölkənin deyil, bütün Qafqazın inkişafı və sabitliyi üçün böyük əhəmiyyət kəsb edir”.

Hit.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyevin uzatdığı sülh və dostluq əlini tutmalı, “altılıq” platforması təklifimiz də daxil olmaqla, bu fürsətləri yaxşı dəyərləndirməlidir. “İki dövlət, bir millət” prinsipi ilə kədərdə və sevincdə birlikdə olduğumuz azərbaycanlı qardaşlarımızın bu günədək olduğu kimi, bundan sonra da haqlı mübarizələrində yanlarında olmağa davam edəcəyik”, - deyə Akar vurğulayıb.

0