Avtobusla kommunal xidmət maşını toqquşdu, yaralılar var - FOTO

ÖLKƏ
23:32 / 04.03.2022
609

Bu gün saat 19 radələrində Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

HİT.az xəbər verir ki, bu barədə BNA məlumat yayıb.

Bildirilib ki, Sabunçu yol qovşağının yaxınlığında “Vətən.az” MMC-nin müvəqqəti istismarında olan 166 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 Dövlət Qeydiyyat Nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Sərnişin avtobusu kommunal xidmət avtomobili ilə toqquşub. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılır. “Vətən.az” MMC-dən məsul şəxs Sənan Səlimov Agentliyə çağırılıb.

0