"Tesla"dan yeni rekord: 3 milyon...

AVTO
12:17 / 14.10.2024
831

ABŞ-nin elektromobil brendi "Tesla" daha bir uğurlu göstəriciyə imza atıb.

Hit.az xəbər verir ki, şirkətin Çindəki fabrikində istehsal rekordu qırılıb.

Belə ki, "Tesla"nın Çinin Şanqay şəhərindəki fabrikində istehsal olunan avtomobil sayının 3 milyon ədədi keçdiyi açıqlandı. Qeyd olunub ki, 2019-cu ilin yanvarında açılan fabrikdə 1 milyon avtomobilin istehsal olunması üçün 30 ay vaxt lazım olub. 2 milyonuncu avtomobil isə keçən ilin sentyabr ayında istehsal olunmuşdu. 

Lakin istehsal olunan elektromobil sayının 2 milyondan 3 milyona çatması isə 13 aydan qısa müddətdə həyata keçirilib.

Şirkətdən bildirilib ki, Çində istehsal olunan avtomobillərin 1 milyonu Avropa və Asiyaya satılıb. Sözügedən fabrik "Tesla"nın ən böyük fabriki ünvanını daşıyır. 

Pərviz

0