Nəşi tapılan şəhidin dəfn ediləcəyi yer açıqlandı

ÖLKƏ
18:45 / 19.08.2023
288

Xəbər verildiyi kimi, 1993-cü ildə itkin düşən Hüseynov Əli Heydər oğlunun nəşi 30 ildən sonra işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndi ərazilərdə qazıntı işləri aparılarkən tapılıb.  

Şəhidin kiçik qardaşı Müşviq Hüseynov Bizim.Media-nın Qarabağ bürosuna öz açıqlamasında qardaşının nəşinin valideynlərinin məzarı yanında dəfn ediləcəyini bildirib: 

"Mən onun kiçik qardaşıyam. Böyük qardaşım Bakıda yaşayır. Mən isə Beyləqanın Daşburun ərazisində yerləşən qəsəbədə. Atam və anam övlad həsrəti ilə dünyalarını dəyişib.

Hər ikisinin məzarı Füzuli rayonunun Aşağı Yağlıvənd kənd qəbristanlığındadır. Ona görə də belə hesab edirəm ki, qardaşımın nəşini təhvil alanda orada dəfn edərik", - deyə Müşviq Hüseynov bildirib.

Xatırladaq ki, kimliyi yeni məlum olan daha bir şəhid hərbçimiz Məmmədov Əsəd Məmməd oğludur. 1966-cı il təvəllüdlü hərbçi Ə.Məmmədov Ağstafa rayonunun, Eynallı kənd sakini olub.

O, 30 il əvvəl Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb.

0