Azərbaycanda ailə başçısı qadın olan evlərdə insanlar daha çox yemək yeyirlər

MARAQLI
21:21 / 29.09.2024
296
Azərbaycanda ailə başçısı qadın olan evlərdə ərzaq məhsullarının adambaşına istehlakı ailə başçısı kişi olan evlərlə müqayisədə daha çoxdur.
 
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ailə başçısı qadın olan evlərdə bir nəfər il ərzində orta hesabla 135,4 kilqoram çörək və çörək məhsulları istehlak edir.
 
Ailə başçısı kişi olan evlərdə bu göstərici 132,6 kiloqram təşkil edir.
 
Yaxud, Azərbaycanda ailə başçısı qadın olan evlərdə il ərzində adambaşına 36,9 kq ət və ət məhsulları istehlak edildiyi halda, ailə başçısı kişi olan evlərdə il ərzində adambaşına 35,7 kq ət və ət məhsulları yeyilir.
 
Aşağıdakı cədvəldə kişi və qadın ailə başçılarının olduğu evlərdə adambaşına düşən illik ərzaq istehlakı qeyd olunub.
 

1