Sabah temperatur yüksələcək

ÖLKƏ
13:15 / 27.05.2020
818

Mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən HİT.Az-a daxil olan məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 15-18, gündüz  25-30, Bakıda  gecə 16-18, gündüz  27-29 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-45 faiz təşkil edəcək. 

Mayın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağətəyi  rayonlarda  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu  gecə 13-18, gündüz  30-35, dağlarda gecə 9-14, gündüz  17-22 dərəcə isti olacaq.

0