"Alimlərin elmi məqalələrdən xəbəri belə yoxdur"

ÖLKƏ
11:17 / 04.10.2024
102

“Bu gün çoxlu alim var ki, onlar elmi fəaliyyətlə məşğuldur. Həmin alimlərin elmi məqalələri dünyanın nüfuzlu jurnallarında çap olunur. Elə alim var ki, onun 1000-ə yaxın məqaləsi var. Bu absurddur. Halbuki, o alimin həmin məqalələrdən xəbəri yoxdur”. 

Bu sözləri Hit.az-a təhsil eksperti İlqar Orucov deyib. 

O bildirib ki, sağlam elmi mühitin yaranması üçün müəyyən işlərin görünməsinə ehtiyac var. Süi-istifadə hallarının olmaması nəzarət edilməlidir:

“Elmi məqalələrə xüsusi diqqət edilməlidir. Elə alimlər var ki, onun həmin jurnalın heyəti ilə münasibəti var deyə , o məqalələrdə adı orda sadəcə yer alır. Ancaq tədqiqat aparılmayıb. Onu da nəzərə almaq lazımdır ki, həmin tədqiqatın aparılması üçün Bakıda nə labarotariya, şərait, cihaz yoxdur. Adama deyərlər sən Bakıdasan və burda  cihaz, avadanlıq olmadığı halda necə tədqiqat haqqında məqalən xarici jurnallarda dərc olunur?”. 

Sevinc
 

0