"Rusiya-Ukrayna müharibəsi nəzarətdən çıxa bilər" - ŞOK AÇIQLAMA

DÜNYA
10:15 / 27.11.2024
294

"Rusiya-Ukrayna müharibəsi artıq həm fiziki, həm də psixoloji olaraq genişlənir".

Bu sözləri politoloq Turab Rzayev Hit.az-a açıqlamasında deyib.

O, Rusiyanın Şimali Koreya və Yəmən hərbçilərini Ukrayna cəbhəsinə yeritmək həmləsi ilə bağlı danışıb:

"Düşünürəm ki, Rusiyanın bu addımının arxasında həm də psixoloji səbəb dayanır. Rəsmi Moskva tək qalmadığını, müttəfiqlərinin olduğunu dünyaya göstərmək istəyir. Üstəlik, Rusiya həm Ukraynaya, həm də Qərbə qarşı psixoloji savaş aparır".

Lakin ekspert qeyd edib ki, Rusiyanın müttəfiqlərinin kim olması da sual yaradır:

"Yəni Şimali Koreya və Yəmən dünyada nə qədər ciddi ölkə kimi qəbul olunur? Bu da başqa bir sualdır. Lakin Rusiya bu addımı ilə müharibənin coğrafiyasını daha da genişləndirə, Qərb də buna sərt cavab verə bilər. Necə ki, artıq ABŞ tərəfindən Ukraynaya Rusiyanın daxilinə daha uzağa zərbələr endirməyə icazə verildi".

363207

Turab Rzayev hesab edir ki, Qərb Rusiyaya qarşı yeni addımlar ata bilər:

"Ukrayna cəbhəsinə başqa ölkə hərbçilərin gətirilməsinə görə Qərb Rusiyaya qarşı daha fərqli addımlar ata bilər. Həmçinin, proseslərin eskalasiyaya gətirib çıxarma ehtimalı var. Qərb birbaşa özü iştirak etməsə də, növbəti mərhələdə müharibənin nəzarətdən çıxdığını görə bilərik. Bunun da sonra dünya müharibəsi ilə nəticələnməsi mümkündür. Çünki müharibənin regionu genişlənir".

Pərviz

0