Gürcüstan sərhədlərini açmaqdan imtina etdi

DÜNYA
21:22 / 25.06.2020
1242

Gürcüstan hakimiyyəti xarici ölkələrlə aviaəlaqələri bərpa etmək və quru sərhədlərini 1 iyuldan etibarən açmaqdan imtina edib.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat naziri Natiya Turnava deyib.

O, sərhədlərin açılmasının iyulun sonuna qədər təxirə salınacağını bildirib.

Turnava sərhədlərin açılmasının dünyadakı epidemioloji vəziyyətdən asılı olduğunu deyib.

0
Axar.az